Tez-tez soruşulanlar
Bu tətbiq nə üçündür?
Yolda GPS ilə sürəti görmək, səyahəti qeyd etmək, ünvana marşrut qurmaq və yaxın yanacaq, yemək və ya market tapmaq üçün.
Rəsmi sürət radarı əvəzidir?
Xeyr. Navi SO məlumat və rahatlıq üçündür; cərimə və ya mübahisədə sübut sayılmır.
Hansı nəqliyyat rejimləri var?
Piyada, velosiped, motosiklet və avtomobil. Hər rejimin öz sürət şkalası var.
Naviqasiya işləyir?
Bəli. Ünvan seçir, marşrutu görür, BAŞLA ilə yola düşürsən. Yolda növbəti dönüş və küçə adları göstərilir.
Yaxın yerlər hardan gəlir?
Yanacaq, yemək və market üçün ətraf axtarışdan. Nəticələr məsafəyə görə sıralanır.
Hansı dillər dəstəklənir?
Azərbaycan, türk, rus və ingilis.
GPS icazəsi niyə lazımdır?
Sürət, məsafə, xəritə izi və naviqasiya üçün məkan lazımdır. İcazələr tətbiqdə addım-addım izah olunur.
Hesab olmadan istifadə edə bilərəm?
Bəli. Qonaq rejimində sürət, naviqasiya və səyahət qeydi işləyir. Google və ya Apple ilə daxil olmaq səyahətləri buludda saxlamaq üçündür.
Səsli naviqasiya necə işləyir?
Marşrut aktiv olanda növbəti dönüş səslə bildirilir. Səs tətbiq parametrlərindən idarə olunur.
Sürət kamerası xəbərdarlıqları rəsmidir?
Xeyr. OpenStreetMap məlumatına əsaslanır, məlumat xarakterlidir və tam deyil. Rəsmi radar və ya cərimə sübutu deyil.